Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qəhrəmanlıq salnaməmizin yeni səhifəsi

0

  •            Xalqımız qəhrəman xalqdır, əzmkardır, dözümlüdür. Bunu  Azərbaycan xalqının  qəhrəmanlıq tarixinin hər səhifəsində görmək olar. Müasir dövrümüzdəki başımıza  gələn müsibətlər və bu müsibətlərin öhdəsindən  möhkəm iradə ilə gəlmək sübut və örnəkdir. Aşağıda qeyd edəcəyim tarixi faktlardan bir daha  aydın oldu ki, Azərbaycan xalqının qəhrəmanlıq dastanı 21- ci əsrdə də davam edir.            Nüfuzlu “Global  Firepower” Hərbi  analitika  təşkilatı  2020-ci ildə dünyanın ən yaxşı  ordularının reytinqini açıqlayıb. Hesablamalar  nəticəsində ordu  onun  imkanlarını  əks  etdirən  qiyməti almalıdır. Siyahıya daxil edilmiş ölkələrin  orduları içərisində Azərbaycan Silahlı Qüvvələri  dunya reytinqində  50-ci yerdə qərarlaşıb. Regionun isə ən qüdrətli  ordusu  reytinqini  saxlayır. Bu  gün öz gücü, qüdrəti imkanları,  döyüş əzmi, mənəvi  ruhuna görə, ən müasir  döyüş təchizatına  görə, nail  olduğu  uğurlara  görə, sözün həqiqi mənasında, çox  böyük  ehtirama, sevgiyə  və dəstəyə layiqdir  bizim Azərbaycan Ordusu. Bütün xalq  inanır ki, Ordumuzun güclü döyüş  qabiliyyətinə, qələbə  əzminə malik olması qaçılmazdır, zamanın tələbidir. Son dövrün hadisələri-istər Aprel döyüşləri, istər 12 iyuldakı  döyüşlər bütün bu  parametrlərin sübutu  kimi  bariz  göstəricilərdir.            4 il əvvəl Aprel döyüşlərindəki hadisələri və  zərurətləri xatırlayaq. Yəni, o zaman  ordumuzun  əldə  etdiyi  qələbə  müasir dövlətçilik tariximizə” Aprel döyüşləri rəşadəti” kimi  yazılıb. Bu qələbələrdən  bəhs  edərkən  qeyq  etmək  lazımdır ki, təbii ki, hərb  rəşadətimizin  şanlı  səhifəsinin  müəllifi olan qəhrəman  hərbçilərimizə və onların ailələrinə  göstərilən  dövlət qayğısı, Cocuq Mərcanlıya tarixi qayıdış  barədə mühüm məqamlar  göz önündədir. Əlbəttə, qələbədən qələbəyə aparan  bu döyüşlər  ordumuzun əsgər və çavuş heyətində,  ümumilikdə hərbi  kollektivdə  vətənpərvərlik  hisslərimiz  bir daha  yüksəldir, ruh verir, döyüş  əzmi  yaradır.          1994-cü ildə ermənilər tərəfindən ələ  keçirilən hərbi strateji  əhəmiyyətə malik Lələtəpə yüksəkliyi 22 ildən sonra 40 dəqiqə ərzində  böyük  döyüş hazırlığı və əzmkarlığı  nəticəsində işğaldan  azad  olundu. Əlbəttə, bütün  bunlar qan bahasına, can bahasına başa gələn böyük vətənpərvərlik  aktıdır.        Artıq  neçə  vaxtdır ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin  bölmələrinin  Tovuz  rayonu istiqamətindəki döyüş  əhəmiyyətli  bölgələrimizi  və  yaşayış  məntəqələrimizi  artılleriya  qurğularından  atəşə  tutması  uşaqdan  böyüyə  bütün  Azərbaycan  xalqının  günlük  probleminə çevrilib. Bilirik ki, bu döyüşdə də  ordumuzun rəşadəti  nəticəsində  yenə  qələbə  bizim  oldu. Düşmən tərəfi həddindən çox  həm canlı qüvvə itkisi, həm də döyüş texnikası itkisi  verərək məğlub oldu. Ancaq çox təəssüf ki, xalqımız üçün çox dəyərli olan böyük rütbəli  hərbçilərimiz, digər zabit və əsgərlərimiz şəhid  oldu. Əgər belə şəhid qəhramanlarımız varsa, rəşadətimiz də daima olacaqdır.            Prezident İlham Əliyevin tapşırığına əsasən, bu döyüşlərdə şəhid olan hərbi qulluqçuların ailələri hərtərəfli diqqətlə əhatə olunur və qayğı  göstərilir. Belə ki, Müdafiə Nazirliyinin yüksək rütbəli əməkdaşları şəhid Polad Həşimovun və İlham Mirzəyevin ailələrinə Prezident İham Əliyev tərəfindən onlar üçün ayrılan mənzillərin sertifikatlarını təqdim ediblər. Digər şəhid ailələrinə də göstərilən diqqət və qayğı hərtərəflidir. Onların  sosial vəziyyəti  ilə əlaqədar müvafiq dəstək tədbirləri nəzərdə tutulub. Birinci vitse-prezident  Mehriban xanımın tapşırığına əsasən, şəhid olan  hərbçilərin ailələrinin qayğıları daim Heydər Əliyev Fondunun nəzarəti altında olacaqdır.           Azərbaycan ictimaiyyəti  hər  zaman dövlət  və  dövlətçiliyimizi qorumağa  çalışmışdır. Milli  sabitliyi, həmrəyliyi, asayişi  pozmaq  isdəyən  bəzi  qüvvələrə  qarşı xalq nümayəndələri  yenə  ayağa qalxdı. Çətin  bir  zamanda  dövlətə, orduya  dəstək olmaq  üçün  minlərlə  insanların  neçə  gün davam edən yürüşü  xalqın  birliyini bir daha  sübut  etdi.          Azərbaycanın müxtəlif siyasi  partiyaları  milli həmrəyliyimizə  dair  bəyanat  yaydı. 43  siyası  partiyanın  iştirakı  ilə  imzalanan  bu  bəyanatda Prezidentimizin  həyata  keçirdiyi  siyasətinin  qətiyyətlə  dəstəklənməsi  xalqımızı  onun ətrafında sıx birləşməyə, həmrəyliyə  çağırışı  öz əksini tapmışdır.           Qardaş  dövlət olan Türkiyə də  hər zamankı  kimi Azərbaycanın ərazi bütövlüyünü  qorumaq  üçün  bütün imkanları ilə Azərbaycanın  yanında  olacağını bəyan edib. “Dağlıq Qarabağ  münaqişəsinin həlli məsələsi Türkiyə  üçün  milli  məsələdir”-deyən  Rəccəb Tayyib Ərdoğan hər vəziyyətdə  Azərbaycana  dəstək  göstərməyə  davam  edəcəyini  bildirib. Bu  problemi  Türkiyənin  problem  kimi  gördüyünü  də  qeyd  edib. XİN  Mövlud Çavuşoğlu  da  Azərbaycana  dəstək  bəyanatı  yayıb. Türkiyənin  müdafiə  naziri  Hulisi Akar da bu bəyanata  qoşulduğunu  bildirib. Bundan  başqa  AKP, CHP, MHP və  İYİ  partiyaları  Ermənistanın Azərbaycana  hücumu  ilə  bağlı  etiraz  bəyanatı  yayıb.           İsraildə, Fransada, Almaniyada və  s. xarici  ölkələrdə  erməni  aqressiyasına  qarşı  etiraz  aksiyaları keçirilib. Bu aksiyalar Azərbaycanı  dəstəkləyən şüarlarla  nümayiş olunub. Digər  xarici  ölkələrdə  olduğu  kimi  Macarıstanda  da Macarıstan-Azərbaycan Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər  Birliyi və  Azərbaycan evinin  birgə təşəbbüsü  ilə  Dunay  şəhərində keçirdiyi mitinqdə “erməni  təcavüzünü  dayandırın!”, “Qarabağ  Azərbaycanındır” kimi  şüarlar  səslənib. Bu mitinqdə müxtəlif millətlərin  nümayəndələri  iştirak  edib.            İyulun 14-də  bakıda  keçirilmiş  yürüş  və  toplantı  Azərbaycan  xalqının öz dövlətinə,  ordusuna  və  Ali  Baş  Komandanına  bir daha  tam  dəstəyini  nümayiş  etdirib. Bu yürüşün  təşkilatçısı xalq özü  olmuşdur. Və demək ki, xalq  hər zaman hər məsələdə əsas roldadır. Və xalq Ali Baş Komandanın yanındadır. Kamil Nəsirov,Xocalı rayonundan şəhid ailəsi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib43 dəfə
    Qəhrəmanlıq salnaməmizin yeni səhifəsi

    Maraqlı gələ bilər
    36
    47